|
MM sədrinin birinci müavini - "Azərbaycanda oturuşmuş dini ənənələr var"“Çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən daxildə olan bəzi təşkilatlar Azərbaycanda tolerantlığa, mövcud ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar” Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu son dövrlər bəzi dini radikal qrupların fəallaşmasına münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib. Z. Əsgərov deyib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konvessiyalar fəaliyyət göstərirlər: “Hər bir halda dini radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycanda dini inancları olan insanlar bu ənənələrə sadiqdirlər. Kim din pərdəsi altında radikal addımlar atacaqsa, müvafiq olaraq cəzalanacaqlar. Azərbaycan dövləti heç kimə imkan verə bilməz ki, ölkədə mövcud olan ictimai-siyasi sabitlik pozulsun, biz buna yol verə bilmərik. Təəssüf edirəm ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, əslində isə din pərdəsi altında onlara orada hər şey öyrədirlər. Ona görə də cəmiyyətdə belə müəyyən radikalizm elementləri meydana gəlir. Bu da cəmiyyətdə insanları narahat edir. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”. Z. Əsgərov bildirib ki, din dövlətdən ayrı olsa da, hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə qorunan hüquqları var: “İnsanların hüquqlarına digər insanlar da hörmətlə yanaşmalıdırlar”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2015 12:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |