|
|
Azərbaycan sərhədçiləri İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşını yaxalayıblarZiyadxanov Əhmədxan İdrisoviç barədə sənədlərin verilməsi üçün Rusiya tərəfinə müraciət edilib - Hüquqi proseduralar həyata keçirildikdən sonra Ziyadxanov Əhmədxan İdrisoviç Rusiyaya ekstradisiya olunacaq Ahlibeyt.az-ın Apa-ya istinadən məlumata görə ki, Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini, 1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib. Fakt üzrə araşdırmalar davam etdirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2015 13:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |