|
|
Hacı Şahin Həsənli - Təəssüf ki, bəzən günah əməli İslam dini ilə əlaqələndirirlərDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslərin keçirməsi ilə bağlı komitədə qərar layihəsi hazırlandığını bildirib. Layihənin Nazirlər Kabinetinə təqdim olunacağını qeyd edən komitə sədri bu qərarın qüvvəyə minməsi ilə falçılığın qadağan olunacağını, belə hallara yol verən şəxslərin həmin qərar əsasında ciddi cəzalandırılacaqlarını açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az saytına bu qərarı müsbət dəyərləndirdiyini deyib: “Falçılıq dini nöqteyi-nəzərdən qadağandır. “Quran”da falçılıq qadağan edilir və insanların bundan çəkinməsi tövsiyə olunur. Falçılıq insanların inancından sui-istifadə etmək deməkdir. Buna görə də falçılığın qadağan olunması müsbət haldır və komitə rəhbərinin bu təşəbbüsünü də müsbət dəyərləndirirəm”. İlahiyyatçı bu qərarın işlək vəziyyətə salınması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb: “Bir qrup insanın inancından sui-istifadə etməklə qazanc əldə edilməsinin qarşısı alınmalı, bunun günah olması vurğulanmalıdır. Təəssüf ki, bəzən günah əməli İslam dini ilə əlaqələndirirlər. Halbuki, islam falı qadağan edir. “Quran”ın falçılığı qadağan etməsinə baxmayaraq, müqəddəs kitabla fala baxanlar da olur. Ona görə də insanları məlumatlandırmaq, dini mərasimlərdə əməlin dinlə bağlı olmadığını bildirmək lazımdır. İnanıram ki, qanunvericiliklə qadağanın qoyulması öz təsirlərini göstərəcək. Həm qanunvericiliklə, həm də maarifləndirmə aparmaqla bunun qarşısını almaq olar”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2015 12:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |