|
|
Azərbaycan prezidenti “KİV haqqında” qanuna dəyişikliyi təsdiqləyibAzərbaycan prezidenti İlham Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanununun dəyişiklik edilməsi barədə qanun qəbul edilib. Qanunun 44-cü maddəsinə əlavə edilən üçüncü hissədə bildirilir ki, “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2015 13:46 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |