|
Hacı Şahin Həsənli-Müəyyən bir dövr vardı ki, məlumatsızlıqdan insanlar sələfilər cərəyanına qoşulurdularBu gün sələfilik (digər adı vəhhabilik) Azərbaycanda ənənəvi dini məzhəbləri (şiə, sünni) az qala üstələyir. Təhlükəli hal alan radikal dini cərəyanların üzvləri zaman-zaman ifşa edilib. Bütün bunlara baxmayaraq, onlar fəaliyyətlərini bu və ya digər şəkildə davam etdirirlər. Sirr deyil ki, radikal cərəyan üzvlərinin maddi durumu digərləri ilə müqayisədə xeyli yüksəkdir. Xüsusilə ətriyyat, gümüş, dindarlar üçün nəzərdə tutulmuş geyimlər sələfilərin nəzarətindədir. Xarici dayaqlarının möhkəm olması səbəbindən hətta xarici ticarət zamanı sələfilərə güzəştlər də edildiyi bildirilir. Müşahidələr göstərir ki, Azərbaycandakı sələfilər kifayət qədər bahalı avtomobilləri, saray kimi evləri olan, özünə gün-güzəran qurmuş insanlardır. Və onların xaricdən maliyyələşdiyi heç kimə sirr deyil. Bir çoxları sələfilərin məhz Səudiyyə Ərəbistanından maliyyələşdirildiyi iddiasındadır. "Məşədi Dadaş" məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az saytına radikal cərəyan nümayəndələrinin dünyanın əksər ölkələrində yaşadığını deyir: “Bu cərəyanın ardıcılları müxtəlif ölkələrdə yaşayır. Onların bəziləri radikal görüşlərilə fərqlənir, əsasən inkar mövqeyindən çıxış edirlər. Həmçinin başqa məzhəbləri dindən çıxmış hesab edir, adətən onlara qarşı radikal mövqe sərgiləyirlər. Təbii ki, bunu bütün sələfilərə aid etmək olmaz. Amma əksər sələfilər məhz bu baxışları bölüşür. Bəzi ölkələr bu cərəyanı maliyyələşdirərək istənilən dövlətin daxilində məzhəblərarası qarşıdurma yaratmağa cəhd göstərirlər. Cərəyanın radikal düşüncəli bəzi üzvləri başqa məzhəblərə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Bu da istənilən ölkənin dövlətçiliyinin zəiflədilməsi üçün əsas amillərdən birinə çevrilir”. Hacı Şahin bildirir ki, bir çox böyük dövlətlər sələfilərə gizli dəstək verirlər: “Radikal cərəyan nümayəndələrinin xaricdən maliyyələşdirilməsi faktdır, inkar etmək olmaz. Buna baxmayaraq Azərbaycanda bu tendensiya öz potensialını itirməkdədir. Son illər ölkəmizdə sələfilərin sayı artsa da, tendensiya sönməkdədir. Hazırda ənənəvi islam məzhəblərinin ardıcıllarının sayı artmaqdadır.Müəyyən bir dövr vardı ki, məlumatsızlıqdan insanlar sələfilər cərəyanına qoşulurdular. Şəxsi praktikamda insanların qısa müddət ərzində radikal cərəyanlara qoşulub, onunla yaxından tanış olduqdan sonra ənənəvi İslam məzhəbinə qayıtdığının şahidi olmuşam. Onlar Azərbaycanda mövcud olan ənənəvi dinə üz tutaraq həqiqətin harada olduğunu anlayıblar. Radikal cərəyana qoşulanlar sələfiliyin ənənəvi məzhəblər arasında ayrılıq saldığını anlayaraq ənənəvi dinə qayıdıblar. İslam dünyasında, eləcə də Azərbaycanda ənənəvi olaraq sünni və şiə məzhəbləri mövcuddur. İki məzhəb nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri formalaşıb”. Mənbə: Modern.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2015 10:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |