|
|
Gəncə "İmamzadə"ziyarətgah-məscid kompleksində Aşura- VideoGəncə şəhərindəki İmamzadə ziyarətgahında Aşura mərasimi keçirilib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Apa-nın qərb bürosunun məlumatında bildirilir ki,hər il olduğu kimi, bu il də Aşura mərasimi ziyarətgahda yeni salınan İmam Hüseyn meydanında qeyd olunur. Gəncə və ətraf rayonlardan olan vətəndaşlar Tasua gecəsini keçirmək 23 oktyabr gecəsindən ziyarətgaha gəlməyə başlayıblar.
QMİ sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi bildirib ki, ziyarətə gələnlər üçün ərazidə 20-dən artıq çadır qurulub və orada insanlara çay və yemək verilir: “Yerli rəhbərlik tərəfindən ziyarətə gələnlərin təhlükəsizliyi tam təmin olunub.
Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfində İmamzadə ziyarətgahında qanvermə aksiyası təşkil olunub.
Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının 15 həkim briqadası ziyarətgahda fəaliyyət göstərir. Onlar özlərini pis hiss edənlərə yardım edirlər. Stansiyadan bildirilib ki, ziyarətə gələnlər arasında sağlamlıqlarında ciddi problem yarananlar hələ ki yoxdur
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2015 18:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |