|
Bakının "Məşədi Dadaş" məscidində möhtəşəm Aşura mərasimi - FotoHicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da (miladi təqvimi ilə 10 oktyabr 680–ci il) Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn (ə) və tərəfdarları Kərbəla çölündə Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Kufəyə aparılıb və oradan Şam şəhərinə sürgün edilib. Azərbaycanın bir çox məscid və ziyarətgahında olduğu kimi,Bakının "Məşədi Dadaş" məscidində də Aşura günü yad edilib, Minlərlə insanın qatıldığı əza mərasimində Əhli-beyt məddahları Seyyid Taleh və seyid Peyman Boradigahı tərəfindən novhə və mərsiyyələr oxunub. Məscidin imam camaatı Hacı Şahin Həsənli tərəfindən bu faciənin tarixi nöqtələrini özündə ehtiva edən xütbə ilə çıxış edib. Sonda Kərbəla şəhidləri,dünya müsəlmanları və Azərbaycan xalqına dualar edilib,uca Allahdan işğal olunmuş torpaqların tezliklə geri qaytarılması istənilərək bu yolda şəhid olmuş vətən oğulları yad edilib
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2015 17:13 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|