إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “vəhhabi”lərə qarşı xüsusi əməliyat keçirilib - 42 nəfər saxlanılıb - VİDEO

Saxlanılanlar arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var
Daxili İşlər Nazirliyi Bakıda tutulan radikal dindarlarla bağlı məlumat yayıb - Adil Rəcəbov və daha iki nəfər barəsində cinayət işi başlanıb

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.


Yasamal Rayon Polis İdarəsindən  verilən məlumatda bildirilir: Yasamal rayon Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21:00 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər.

 

Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.

 

Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.

 

Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

">

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2015  17:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!