إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Musa Sədr Bakıya gələndə çəkilən şəkili - Foto

İslam dünyasının tanınmış alimi və öndəri, Livanın Əməl Hərəkatının banisi İmam Musa Sədrin Bakıya səfəri zamanı lentə alınan fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.

Ahlibeyt.az Azadxeber.az-a istinadən xəbər verir ki, foto 1974-cü ildə İmam Musa Sədrin Bakıya səfəri zamanı çəkilib və Əli Əkbər Həsənzadə adlı facebook sosial şəbəkəsi istifadəçisi ictimaiyyətə paylaşıb.

Məlumat üçün bildirək ki, İmam Musa Sədr Liviyanın sabiq diktatoru Qəddafi ilə görüşmək üçün Liviyaya səfər edir. Liviyada iştirak etdiyi konfrans bitdikdən sonra 31 avqust 1978-ci ildə Livana qayıtmaq üçün hoteldən çıxır, lakin ondan sonra heç bir şəkildə özündən xəbər alına bilmir. İmam Musa Sədrin qaçırılması xəbəri dünyada böyük rezonans doğurur. Liviya tərəfi iddia edir ki, guya İmam Musa Sədr İtaliyaya gedən təyyarələrin birində görülüb və bu barədə rəsmi sənədlər var. Lakin nə "Əməl" hərəkatı, nə də ki, Livanın rəsmi qurumları buna inanmadıqlarını dilə gətirirlər. İmam Musa Sədrin itkin düşməsi İslam ümməti və xüsusi ilə İmam Xomeyni üçün böyük bir kədər yaşadır.

Qeyd edək ki,qaçırılan zaman İmam Musa Sədrin 50 yaşı var idi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2015  12:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!