|
Azərbaycanda erkən nikah faktları digər dövlətlərlə müqayisədə çox azdırAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin(AQUPDK) təşkilatçılığı ilə konfrans keçirilib Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,konfransda AQUPDK sədri Hicran Hüseynova ölkəmizdəki ən əsas problemlər kimi erkən nikah, qadın zorakılığı, qadın hüquqlarının pozulması haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda erkən nikah faktları digər dövlətlərlə müqayisədə çox azdır. “İnsanlar özləri erkən nikaha qarşı çıxış etməyincə, rəsmi strukturların apardığı işlərin xeyri olmayacaq”. H. Hüseynova Azərbaycanda diplomat qadınların sayının artaraq 181-ə çatdığını əlavə edib: “Ölkədə 85 rayon İcra Hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə, qadın hakimlərin sayı 65-ə çatıb. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notariusda çalışanların isə 40 nəfəri qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır”. Konfransda BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə ilə bağlı qanunun qəbulu təqdirəlayiqdir. Sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov zorakılıq nəticəsində qeydə alınmış faktlar haqqında məlumat verərək bildirib ki, törədilən cinayətlərin 1780-i zorakılıqla bağlıdır: “Cinayət törədənlərin 49-u yetkinlik yaşına çatmayanlardır. Qısqanclıq zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 600-dür. Qadınlara qarşı cinayət törətmiş 2630 şəxs məsuliyyətə cəlb edilib”. H. Eyvazov qeyd edib ki, bu ilin 9 ayı ərzində qadınlar tərəfindən 1050 cinayət törədilib. İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova isə ölkədə sahibkar qadınların sayının artdığını bildirib: “Son 3 ildə sahibkarlıqla məşğul olan qadınların sayı 17-dən 19 faizə yüksəlib. 2012-2014-cü illərdə sahibkarlıqla məşğul olan qadınlara 55.5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu ilin 9 ayı ərzində 4249 sahibkara 160 milyon manat kredit verilib. Bunların 639-u qadın sahibkarlardır ki, onlara 20 milyon manat kredit verilib. Ötən il qadınlara ayrılan kreditlərin həcmi ümumilikdə 9 milyon manat olub”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2015 09:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |