|
|
Bakıda Məhərrəm ayı münasibətilə "Ələmdar" simfonik poeması səsləndiriləcəkMəhərrəm ayı münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında iranlı musiqiçi Purya Xadimin “Ələmdar” adlı simfonik poeması səsləndiriləcək. Ahlibeyt.az-ın məlumatına görə,bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi deyib. İ.İbrahimi bildirib ki, oktyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin rəhbərliyi ilə “Ələmdar” simfonik poeması səsləndiriləcək: “Simponik poema ilk dəfədir ki, mərsiyə janrında ifa olunur. Azərbaycan orkestri və 60 nəfərlik xor heyəti bu poemanı ifa edəcək”. Onun sözlərinə görə, simfonik poema Kərbəla şəhidləri və həzrət Əbəlfəzl Abbasın (ə) xatirəsinə həsr olunub. İ.İbrahimi deyib ki, bir gün təşkil olunacaq simfonik poemaya Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin diplomatik korpus rəhbərləri, ziyalılar, şairlər, incəsənət xadimləri və jurnalistlər dəvət olunublar. Qeyd edək ki, simfonik poema Azərbaycan Dövlət Filarmoniyası və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunur Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2015 18:56 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |