|
İlahiyyat üzrə ekspertlərin iştirakı ilə növbəti tədbir keçirilibAzərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi “Günümüzdə milli-mənəvi dəyərlər” mövzusunda ilahiyyat üzrə ekspertlərin iştirakı ilə ikinci tədbiri keçirib Toplantılar milli mənəvi dəyərlər sahəsinin günümüz üçün ən aktual problemlərinin müzakirəsi, problemlərin araşdırılması və həlli yollarının təklifinə həsr olunmuş diskussiyalar şəklində həyata keçirilir, diskussiyalara ən müxtəlif baxış bucaqlarını, eyni zamanda müxtəlif məzhəb nümayəndələrini təmsil edəcək ilahiyyatçılar dəvət olunur. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, silsilə toplantılardan ikincisi Məhərrəm ayına, bu ayda baş verən Kərbəla faciəsinin qeyd edilməsinin ictimai mahiyyətinin, təşkil edilən məclislərdə yol verilən bəzi ifratlara və cəmiyyətimiz üçün Kərbəla məktəbinin yaşadılmasının vacivliyinin müzakirəsinə həsr edilib. Dəyirmi masa toplantısı şəklində tərtib edilən tədbir tanınmış ruhanilərin, ilahiyyatçı alimlərin, o cümlədən jurnalistika, tarix və sosiologiya kimi humanitar sahələrdə ixtisaslaşmış tədqiqatçıların iştirakı ilə baş tutub. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun moderatorluğu ilə 2 saata yaxın davam edən müzakirələrdə bir sıra maraqlı təkliflər irəli sürüldü, aradan qaldırılması zəruri olan bəzi çatışmazlıqlar diqqətə çatdırıldı. Eyni zamanda ekspertlərin formalaşdırdığı rəyin geniş kütlələrə çatdırılma mexanizminin daha səmərəli fəaliyyət göstərməsinin vacibliyi önə çəkildi. Yekunda qərara alındı ki, ilahiyyat üzrə ekspertlərin iştirakı ilə növbəti tədbir Ərbəin günü ərəfələrində təşkil edilsin. Xatırladaq ki, ilahiyyat üzrə ekspertlərin iştirakı ilə ilk tədbir Ramazan ayına həsr edilmişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2015 13:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |