|
Mübariz Qurbanlı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirini qəbul edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi qəbul edib Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidmətinin məlumatında bildirilir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həcc ziyarəti zamanı Mina dağında baş vermiş faciə nəticəsində çox sayda zəvvarın həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib. Daha sonra Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi və digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Mina dağındakı faciə ilə bağlı göstərdiyi diqqətə və başsağlığına görə Səudiyyə Ərəbistanı Krallığının adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, bu həm də iki qardaş və dost dövlətin biri-birinə dəstəyinin ifadəsidir. Görüş zamanı gələcəkdə din sahəsində elm və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin, konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2015 11:49 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |