إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam Məhərrəm ayı daxil olur - Günün əməlləri

Bu axşam gun batdıqdan sonra(məğrib azanı zamanı) hicri-qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur

Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və  Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir.Məhərrəm ayının ilk 10 gün və gecələri mübarək gün və gecələrdir.

Məhərrəm ayı İslam tarixində daha çox Aşura hadisələri ilə xatırlanır.  Bu günlərdə insanlar əzadarlıq məclislərində iştirak edir, İmam Hüseynə (ə.s.) matəm saxlayırlar.

14 əsrdir ki, müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar. 14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə(ə) əzadarlıqla mübarizə aparırlar lakin buna baxmayaraq bu mərasimlər artıq İslam ölkələri sərhədlərini aşaraq dünyanın bir çox yerlərində əzəmətli şəkildə qeyd olunur.

İmam Hüseynin(ə) Kərbəla qiyamının əhəmiyyəti nə qədər mühümdürsə, əzadarlığın həmin qiyamın ruhiyyəsinin yaşadılmasında əhəmiyyəti bir o qədərdir. Xacə Nəsirəddin Tusi vaxtı ilə deyirdi ki, əgər İmamlardan(ə) göstəriş olmasa idi ki, Aşura günü yas tutulsun, o Aşuranı İmam Hüseynin(ə) timsalında Haqqın qələbəsi günü kimi bayram edərdi. Ancaq həm Peyğəmbər(s) özü həm İmamlar(ə) təkidlə Məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar.

Rəvayətlərdə nəql olunur ki, bütün ilahi peyğəmbərlər(ə) İmam Hüseynə(ə) əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmmədin(s) İmam Hüseyn(ə) kiçik olarkən ona yas saxladığı barədə deyilir. Elə İmam Hüseynin(ə) Kərbəlada şəhid olacağını Peyğəmbər(s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi.

Məhərrəm ayı İmam Hüseynin (ə.s.) matəm ayı olması ilə yanaşı məhərrəm ayının ilk gecəsində yeni qəməri il başlayır. Məhərrəm ayının ilk gecəsi 2 rükətli namaz qılmaq müstəhəbdir. Namazın “məhərrəm ayının ilk gecəsinin namazı” niyyəti ilə qılınır və hər rükətdə “Fatihə”dən sonra 11 dəfə “İxlas” surəsi oxunur.

İlk gecəni əhya saxlayıb ibadətdə keçirmək də müstəhəbdir. Bütün gecəni ayıq qala bilməyənlər bacardıqları qədər əhya saxlaya bilərlər.

Məhərrəm ayının ilk günü oruc tutmaq müstəhəbdir. Qəzası olmayanlar “məhərrəm ayının ilk gününün orucu” niyyəti ilə, qəzası olanlar isə qəza niyyəti ilə oruc tuta bilərlər.

Habelə, məhərrəm ayının ilk günündə də iki rükət namaz qılmaq müstəhəbdir. “Məhərrəm ayınını ilk günü” niyyəti ilə qılınan bu namazdan sonra 3 dəfə aşağıdakı dua oxunur:

«اللّهم انت الاله القدیم و هذه سنةٌ جدیدةٌ فاسئلك فیها العصمة من الشیطان و القوَّة علی هذه النّفس الامّارة بالسُّوء»

"Allahummə əntəl ilahul qədim və hazə sinnətun cədidətun fəəs-əlukə fiha əl-ismətu min şeytan vəl quvvətu əla hazihin nəfsəl əmmarətə bissu"

“İlahi, sən əzəli və səxavətli Allahsan. Və bu yeni ildir. Səndən istəyirəm ki, məni şeytandan qoruyub pisliyə çağıran nəfsim üzərində qalib edəsən”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2015  13:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!