|
Azərbaycanda məscidin sökülməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonunda məscidin sökülməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidmətinin məlumatında bildirilir: "Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb. Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də, yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb. Bildiririk ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır. İndiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əkisinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Bu fakt deyilənlərin əyani təsdiqidir. Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır". Qeyd edək ki,dünən Şəmikir rayonu Zəyəm qəsəbəsində yerli əhalinin öz hesabına inşa etdiyi məscidin sökülməsi üçün əraziyə ağır texnika gətirilmiş. Yerli sakinlər etiraz etdikdən sonra dağıntı işləri müvəqqəti olaraq dayandırılmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2015 12:37 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |