|
Azərbaycanda "Nurçu"lar məhkəmə zalında həbs edildi Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər biri məhkəmə zalında həbs edilib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib.
Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunmalarını və 2 ildən 6 ilədək azadlıqdan məhrum edilmələrini istəyib.
Hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən "nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2015 15:20 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |