|
Məhərrəm ayının başlanması ilə bağlı Dövlət Komitəsi fəaliyyət planı qəbul edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Komitə sədrinin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən Komitə sədri Mübariz Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, Qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verilməsi ilə yanaşı məsuliyyətini də artırır. Eyni zamanda göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və Dövlət Komitəsi bu fəaliyyətini ardıcıl olaraq davam etdirilməlidir. Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ətraflı məlumat verərək bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcəkdir. Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2015 19:25 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |