إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakı İslam Universitetində bilik müsabiqəsi keçirilib - FOTO

Bakı İslam Universitetində “Azərbaycan tarixini öyrənək” adlı bilik müsabiqəsi keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SalamNews-a universitetin “İctimai fənlər” kafedrasının müdiri, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski məlumat verib.

O deyib ki, müsabiqəni Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi (DAGBH) İctimai Birliyi keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi “Azərbaycan Gəncliyi 2011 – 2015-ci illərdə” dövlət proqramına əsasən Azərbaycanın ali və orta ixtisas təhsil ocaqlarında “Azərbaycan Tarixini Öyrənək” - adlı tələbə gənclər arasında bilik müsabiqəsilərinin keçirilməsi qərara alınıb.

DAGBH İB-nin prezidenti Tofiq Əlizadə gənclərimizin Azərbaycan tarixi barədə kifayət qədər anlayışlı olmalarının günümüzün vacib məsələsi olduğunu, tələbə gənclərimiz arasında Azərbaycan tarixi ilə bağlı maarifləndirmə müsabiqələrinin keçirilməsinin, onlarda doğma vətənə məhəbbət hisslərinin aşılanmasına və qədim dövlətçiliyimiz tarixi ilə bağlı qürur hissləri keçirməsinə xidmət edəcəyini söyləyib.

Ali təhsil ocağında keçirilən bilik müsabiqəsi, tələbə gənclər tərəfindən çox böyük maraqla qarşılanıb. Bakı İslam Universitetinin “İctimai fənlər” kafedrasının müdiri Elvin Talışınski, tədris hissə müdiri Əbülfət Vəliyev və kafedranın Azərbaycan tarixi müəllimi, tarix üzrə fəlsəfə doktoru Həsən Qəniyevin iştirakı ilə keçən müsabiqə bir neçə turdan ibarət olub. Olduqca maraqlı keçən müsabiqənin qalibləri müvafiq olaraq İlkin Yaşar oğlu Həsənov, Fəridə Əhəd qızı Tağıyeva, Nicat Rauf oğlu Tarıverdiyev və Lalə Rəsul qızı Baxşıyeva olub. Tədbirin sonunda qaliblərə sertifaktlar və hədiyyələr verilib.

Elvin Talışınski bu şəraiti yaratdığı üçün rektor, professor Sabir Həsənliyə minnətdarlığını, DAGBH İB-nin prezidenti Tofiq Əlizadəyə gənclərə göstərdiyi yüksək qayğıya, verdiyi dəstəyə görə şəxsən öz adından və rəhbərlik adından təşəkkürünü bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2015  11:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!