|
|
Zəvvarlarımız iki gündür oteldən çıxarılıbİki gündür otellərdən çıxarılan Azərbaycanlı zəvvarlar təşkilatçıların uçuşları düzgün koordinasiya etməməsi və səriştəsizliyi ucbatından hava limanı və otellər arasında qalıb Ahlibeyt.az-ın məlumatına görə,hazırda iki qrupdan ibarət 600-dən çox zəvvarımız Ciddə hava limanında təyyarə verilməsini gözləyir və təyyarələrin nə zaman verilməsi hələ ki,müəyyən deyil. Sentyabrın 29-u gecə saatlarında QMİ rəsmiləri tərəfindən otellərdən çıxarılaraq Ciddə hava limanına gətirilən zəvvar qruplarından biri səhər saat 5 də vətənə dönməli olduğu halda yalnız axşam saat beş radələrində təyyarəyə qalxıblar,digər 375 nəfərlik bir qrup isə gecə saatlarında avtobuslara mindirilərək Ciddə yaxınlığındakı bir neçə otel və motellərə yerləşdiriliblər. Zəvvarların bildirdiyinə görə,Ciddə limanında gözləmə salonları yoxdur, yalnız açıq hava altında heç bir havalandırma sistemi olmayan şəraitsiz sektorlardan ibarətdir və bu şəraitdə 40 dərəcə istiyə tab gətirə bilməyən zəvvar arasında halı pisləşən və hətta urəyi gedənlər olub. Bildirilir ki,zəvvarlarla təşkilatçılar arasında yaranan narazılıqdan sonra,onlar gecə ilə Ciddə yaxınlığındakə otel və motellərə yerləşdiriliblər.Amma yerləşdirildikləri otellərdə də şəraitsizlik,antisanitariya hökm sürüb,həmçinin bir neçə saatdan sonra yenidən hava limanına geri qaytarılmaları yaşlı və qadınlar üçün ciddi narahatlıq yaradıb. Hazırda hava limanına qaytarılan 375 nəfərlik qrupla bəarabər digər bir qrup da otellərdən çıxarılaraq Ciddəyə gətirilib lakin təyyarələrin verilməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.Bildirək ki.analoji vəziyyət ilk belə hal deyil. Zəvvarlar qeyd edir ki,bu il Məkkədəki otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib.Ərəfat və Minadakı çadırlarda vəziyyət dözümsüz olub. Bütün bunlardan təşkilatçıların xəbərdar olduqlarını bildirirlər Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2015 08:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |