|
|
"Narkomaniyaya qarşı mübarızədə dindarların rolu” mövzusunda tədbir keçirilib Cəlilabad şəhər “Cümə” məscidi dini icmasında “Narkomanlığa qarşı mübarızədə dindarların rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Dövlət Komitəsinin əməkdaşı Vüqar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri açan “Cümə” məscidi dini icmasının sədri Mahmud Əsgərov layihə barədə məlumat verərək bildirib ki, artıq 3 aydır ki, bu mövzuda mütəmadi tədbirlər keçirilir və bu tədbirlərin yerlərdə böyük təsirinin qalması danılmaz faktdır.
Dövlət Komitəsinin əməkdaşı Vüqar Əliyev mövzu ilə bağlı məruzə ilə çıxış edərək, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və digər zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsinin vacibliyi barədə danışıb.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov keçirilən layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi əhalinin həm dini maarifləndirmə, həm də gənclərin zərərli vərdişlərdən uzaq durması baxımından çox önəmlidir.
Tədbir iştirakçıları qarşısında çıxış edən Dövlət Komitəsinin Dini Maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev Dövlət Komitəsinin maarifləndirmə istiqamətində gördüyü işlər barədə məlumat verib.
Diskussiya şəraitində keçən tədbirdə çıxış edənlər gənclərimizin narkotikdən və zərərli vərdişlərdən uzaqlaşdırılması üçün belə tədbirlərin önəmli olduğunu vurğulayıblar. Onlar dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə başçısına və Dövlət Komitəsinin sədrinə minnətdarlığını ifadə ediblər.
Sonda tədbir iştirakçılarına Qurani-Kərim, “Dövlət və Din” jurnalı, eyni zamanda layihə çərçivəsində çap edilmiş əyani vəsaitlər paylanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2015 13:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |