|
|
Bu Azərbaycanda doğulan uşaqlara ən çox qoyulan adların siyahısı açıqlandıBu ilin 9 ayı ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Ədliyyə Nazirliyindən Apa-ya verilən məlumatda oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusifdir. Belə ki, 9 ay ərzində doğulmuş oğlan uşaqlarından 2380 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adlarının arasında Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları da var. Qız adları arasında populyarlıq qazanan ad Zəhra adıdır. Belə ki, 9 ay ərzində 2348 nəfər Zəhra adı verilib. Yeni doğulan qız uşaqlarına verilən adlar arasında üstünlük təşkil edən digər adlar isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adlarıdır. Qeyd edək ki, bu adlar həm də son beş il ərzində ən çox qoyulan adlardır. Onu da qeyd edək ki, son beş il ərzində oğlan uşaqlarına qoyulan adlardan İlkin (1268), Adəm (1247), Röyal (1227) adları ən az populyarlıq qazanan adlardır. Qız adlarından ən az qoyulan adlar isə Gülər, Əsmər və Arzu adlarıdır. Belə ki, son beş ildə doğulan qız uşaqlarından 1397 nəfərə Gülər, 1364 nəfərə Əsmər, 1304 nəfərə isə Arzu adı verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2015 12:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |