إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cəbhədə güclü atışma: dinc sakin yaralandı

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində dinc sakin yaralanıb
Ahlibeyt.az-ın AnsPress-əistinadən məlumatına görə,cəbhənin Qazax istiqamətində Kəmərli kəndinin sakini Esmira Dursunova qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hal- hazırda vəziyyəti orta-ağırdı.

Yerli sakinlərin verdiyi məlumata görə, qarşı tərəf kəndi iriçaplı silahlardan atəşə tutub. Atışma gecəyarıyadək davam edib.

Azərbaycan hərbçiləri qarşı tərəfə cavab atəşi açıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.

Nazirliyinin açıqlamasında deyilir ki Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimiziprovokasiyaya cəlb etmək niyyətini güdür.

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəfi susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Ermənistan tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.

Ermənistan Silahlı Qüvvələri mütamadi olaraq Azərbaycanın cəbhəyanı ərazilərini atəşə tutur. Bu atışmada xeyli sayda insan zərər görüb. Onlaran bəziləri yaralanıblar. Əksər kənd sakinlərinin evləri güllə izləri ilə doludur. Bununla belə yerli sakinlər həmin kəndləri tərk etmirlər.

Bundan öncə Ermənistan silahlılarının atəşinə Tovuz sakinləri tuş gəlmişdi.

Qarşı tərəfin iri çaplı silahlardan açdığı atəş nəticəsində Tovuz rayonun Əlibəyli kəndinin 2 sakini 87 yaşlı İsa Musayev və 83 Sehran Musayeva yaralanıb.



Seyran Musayeva - yaralı


İsa Musayev - yaralı

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2015  21:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!