|
|
Bakının "Məşədi Dadaş" məscidində Qurban bayramı namazı qılındıBu gün Azərbaycanın bütün məscid və ziyarətgahlarında müqdəs Qurban bayramı münasibəti ilə bayram namazı qılınıb,dualar oxunub Ahlibeyt.az-ın məlumatına görə,ölkənin bir çox ibadət ocaqlarnda olduğu kimi,paytaxtın "Məşədi Dadaş" məscidində Qurban bayramı namazı qılınıb. Minlərlə inanclının toplandığı bayram namazı axund Hacı Əkrəm Əliyevin imaməti ilə qılınmış,bayram xütbəsi oxunmuşdur. Dünya müsəlmanlarını və Azərbaycan xalqını bu mübarək bayram münasibəti ilə təbrik edən xətib bu mübarək günün tarixi ilə tanış edərək qurbanlığın insanlara verdiyi mənəvi və ictimai faydalarına toxunmuşdur. Xütbənin sonunda xalqıımızın və dövlətimizin firavanlığı,işğal altında olan torpaqların tezliklə geri qaytarılması vətən yolunda dünyasını dəyişmiş şəhidlərin ruhuna dualar oxunmuşdur. Qeyd edək ki,məscidin imam camaatı Hacı Şahin Həsənli hazırda müqəddəs Həcc ziyarəti səfərindədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2015 12:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |