|
Kərbəla ziyarətinə gediş-gəliş rahatlaşdı: Bakı - Bağdad aviareysləri uçuşlara başladı“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-də Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,Boeing-773 təyyarəsi ilə həyata keçirilən ilk aviareyslə 157 sərnişin gəlib. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılanıb. İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrak jurnalistlərə açıqlama verərək bildirib ki, İraqdan Azərbaycana açılan birbaşa aviareys bu iki dövlət arasındakı dostluq və uğurlu münasibətin göstəricisidir. Bu aviareysin açılması iki dövlət arasında mövcud siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq. O, istər İraq, istər Azərbaycan vətəndaşlarının yeni açılmış aviareyslə turistik səfərlər edəcəyinə ümidvar olduğunu bildirib. Diplomat bu işdə əsas səbəbkar kimi “Azərbaycan Hava Yolları”na (AZAL) öz təşəkkürünü bildirib. AZƏRBAYCANLILAR ZİYARƏTGAHLARA RAHAT GEDİB-GƏLƏ BİLƏCƏK Daha sonra “İraq Hava Yolları”nın baş direktoru Üsama Əl Sədr öz sevincini ifadə edərək Azərbaycanda olmağından məmnunluğunu bildirib. O buna görə İraq Respublikasının nəqliyyat nazirinə və “Azərbaycan Hava Yolları”na dərin təşəkkürünü söyləyib, yeni açılan aviareyslə Bağdadda olan ziyarətgahlara, mərasimlərə Azərbaycan vətəndaşlarının rahat gediş-gəlişinin təmin ediləcəyini bildirib. Baş direktor həmçinin məlumat verib ki, ilk 4 reysə iki istiqamət üzrə biletin qiyməti 250 dollar, daha sonra isə 430 dollar məbləğində olacaq. Uçuş müddəti 2 saat 10 dəqiqədir. NƏCƏF ŞƏHƏRİNDƏN BAKIYA AVİAREYS AÇILACAQ Üsama Əl Sədr, həmçinin məlumat verib ki, gələcəkdə İraqın Nəcəf şəhəri ilə Bakı arasında da hava uçuşları həyata keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2015 12:06 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |