|
|
Oğuzda məscid binasına ciddi xəsarət dəyib -VideoŞimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadları hələ də özünü göstərir. Yaşayış binaları ilə yanaşı tədris ocaqları, məscidlərə də ziyan dəyib. Ahlibeyt.az-ın AnsTv-yə istinadən məlumatına görə, sentyabrın ilk həftəsi ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələ Oğuz rayonunda da ciddi fəsadlara yol açıb. Baş verən təbii fəlakət, zəlzələ ocağına yaxın olan rayonun Astraxanovka və Yaqublu kəndlərində daha çox dağıntılar törədib. Yaqublu kəndində 100-dən çox evə ziyan dəyib. Bir uşaq bağçası isə qəzalı vəziyyətə düşüb. 40-a yaxın uşağın təlim-tərbiyə aldığı bu müəssisənin qəzalı vəziyyətdə olmasından həm müəllimlər, həm də valideynlər narahatdırlar. Təbii fəlakət həmçinin rayonun Padar kəndində olan məscid binasının bir hissəsinin tamamailə uçmasına, minarənin isə bir neçə yerdən çat verərək əyilməsinə səbəb olub. Eyni zamanda rayon təhsil şöbəsində bildirildi ki, zəlzələ rayonda yaşayış evlərindən sonra daha çox təhsil ocaqlarına ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyasında isə bildirilib ki,yaxın vaxtlarda fəsadların aradan qaldırılması istiqamətində işlərə start veriləcək .
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2015 10:17 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |