إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılıb

Sentyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Ahlibeyt.az-ın Mədəniyyət nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Bakı İdman Sarayında baş tutan sərgi-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Tədbirin iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını qeyd edib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, "dəyirmi masalar"ın, müzakirələrin aparılacağını söyləyib.

Əbülfəs Qarayev beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Azərbaycanda son vaxtlar vahid elektron kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının olacağını da diqqətə çatdırıb.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib.Xalq yazıçısı bildirib ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.

Sərgi-yarmarkanın iş rejimi: 16-18 sentyabr 2015, hər gün saat 10:00-dan 18:00-dək

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2015  11:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!