|
|
Qəbələdə iş adamının qətli ilə bağlı daha iki nəfər radikal qruplaşma üzvü həbs edilibBir il öncə Qəbələdə ağır cinayət törədən dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb Ahlibeyt.az Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir ki, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyidinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı. Araşdırmalarla müəyyən edilmişdi ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulmuş, odlu silahla onu öldürmüş, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetirmişdilər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar. Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin təşkilatçılarından və fəal iştirakçılarından olan, sözügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2015 18:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |