إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlk dərs "Vətənpərvərlik" mövzusunda olacaq

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur

Ahlibeyt.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən,"Bilik" günündə ilk dərs "Vətənpərvərlik" mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.

2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq. Ümumilikdə bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Bu dərs ilində tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə 50 məktəbdə pilot layihə tətbiq olunmağa başlayıb. Yeni tədris ilində 3472 şagird təmayüllü siniflərdə təhsil alacaq. Bu şagirdlər üçün 55 ümumtəhsil məktəbində 156 təmayüllü sinif yaradılıb.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

2015-2016-ci tədris ilində 2445 müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejiminə keçib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2015  08:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!