|
|
Astara məscidlərində zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı tədbirlər keçirilirDini Qurumlarla İş üzrə Dövlət Komitəsin (DQİDK) dəstəyi ilə bölgələrdə radikalizm və zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı Astara məscidlərində tədbirlər keçirilir Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Astara rayonu "Sığaloni" kənd məscidi dini icmasının həyata keçirdiyi “Gənclər arasında ənənəvi dindarlığın təbliği və dini radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara rayonu Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, məscidin imamı Rəhman Muradov, dindarlar, ağsaqqallar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Bahadur Mahmudov ilk öncə layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə toxunulacaq mövzuları iştirakçıların nəzərinə çatdırıb. Tədbirdə Bahadur Mahmudov "Vəhdətin yaradılmasında müsəlmanların vəzifələri", Rəhman Muradov "Ənənəvi İslam dəyərləri" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Həmçinin kənd ağsaqqalları narkomaniyanın, qumarbazlığın, spirtli içkilərin, siqaretin insan sağlamlığına zərərli təsirlərindən danışaraq gəncləri bunlardan uzaq olmağa çağırıblar. **** Astara rayonu "Şahağac" kənd məscidi dini icmasının həyata keçirdiyi "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, dini icmanın fəal üzvü Nəcəf Quliyev, dindarlar, ağsaqqallar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Nazim Əsədov ilk öncə keçirilən layihənin əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə toxunulacaq mövzuları iştirakçıların nəzərinə çatdırıb. Tədbirdə Hacı Nazim Əsədov "Gənclər asudə vaxtlarını səmərəli keçirməlidirlər, Nəcəf Quliyev "Zərərli vərdişlərə aludəçiliyin əsas səbəbləri" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Həmçinin kənd ağsaqqalları narkomaniyanın, qumarbazlığın, spirtli içkilərin, siqaretin insan sağlamlığına zərərli təsirlərindən danışaraq gəncləri bunlardan uzaq olmağa çağırıblar. *** Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri və imamı Fariz Veysəlov, Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri və axundu Hüseynağa Nəsirov, dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər. Fariz Veysəlov "Gənclərin vətənpərvər ruhda tərbiyəsi", Hüseynağa Nəsirov "İslam dini sülhün carçısıdır" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2015 08:44 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |