|
|
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı veribAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məkkədədə baş vemiş faciə ilə bağlı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. Ahlibeyt.az-ın məlumatına görə, başsağlığında deyilir: "Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!" Son məlumatlara görə, Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb. Hazırda Məkkədə Həcc ziyarəti həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2015 12:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |