إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sentyabrın 22-dən Bağdad-Bakı-Bağdad birbaşa aviareys həyata keçiriləcək

“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirəcək.

Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, bu barədə “İraq Hava Yolları”nın yaydığı məlumatda deyilir.

Bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq. İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tapşırığına əsasən “İraq Hava Yolları” sentyabrın 22-dən həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “İraqHava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.

Həmçinin qeyd olunub ki, “İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.

Qeyd edək ki,sentyabrın 10-da keçirilən mətbuat konfransında İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak yaxın günlərdə Bakı-Bağdad-Bakı birbaşa aviareysinin açılmasını təsdiqləyərək İraqda Azərbaycan səfirliyinin açılması məsələsinə toxunaraq qeyd edib ki,Azərbaycan hökuməti bu məsələyə xüsusi önəm verir və səfirliyin ilin sonunadək açılması planlaşdırılır”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2015  08:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!