|
|
Dövlət Komitəsində Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilibSentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ( DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşüb
Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,qonağı səmimiyyətlə salamlayan Səyyad Salahlı Azərbaycan və Pakistan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb. Sədr müavini Azərbaycanda mövcud dini durumdan, müxtəlif dini konfessiyaların nümayəndələrinin əsrlərdir sülh şəraitində yaşadığından danışıb.
İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən Xalid Usman Qayser Azərbaycan və Pakistan arasında möhkəm əlaqələrin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Diplomat Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.
Dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirən səfir qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən qəbula görə təşəkkürünü bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2015 15:49 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |