|
Bir qrup tanınmış ruhani uşaq evində - FotoSiz onları heç zaman bu cür görmədiniz Uşaqlara şəfqətli və mehriban olmağı təkid edən İslam dininin ailə, valideyn məhəbbətinə ehtiyaclı olanlara qarşı sevgi və məhəbbət göstərilməsi Müqəddəs Qurani-kərimin müxtəlif ayələrində öz əksini tapıb. Məndə də uşaqlara sevgi və qayğının ruhi aramlıq yaradan mənəvi fəzası Azərbaycanın nüfuzlu ruhanilərini kiçik qəlbli, parlaq şöləli körpələrin görüşünə apardı. Həyatın müxtəlif hadisələrinin qurbanı olan bu fidanların atılmış, tənha çöhrələri diqqət olunduqca böyük bir kədərin təmsilçisi kimi bir isti qucaq axtarışında idi. Valideyn, yaxınlarının sevgisinin həsrətində tənha və qəmli baxışlar... Bir neçə saatlıq da olsa, bu qəmli çöhrələri işıqlandırmaq, onlara sevgiləri ilə hərarət vermək üçün dəyərli ruhanilər Hacı Şahin Həsənli, Hacı Zülfüqar Mikayılzadə,Hacı Tale Bağırzadə Elçin Qasımov, Hacı Elgün Axund,Musa Əsədov, İsa Lənkərani, Tale Bağırzadə və bir qrup inanclı uşaq evinin qonağı olub. Bura azyaşlı məktəbə qədər uşaqların yer aldığı uşaq evidir. Bu uşaq evində hazırda uşaqların sayı 80-ə yaxındır. Direktorun bildirdiyinə görə, bir neçə gün öncəyə qədər buradakı azyaşlıların sayı 150-yə qədər idi. Məktəb yaşları yetişdiyi üçün uşaqların mütləq əksəriyyəti buradan köçürülərək, başqa internat məktəblərinə aparılıb. Körpələr arasında bəzilərinin bir, bəzilərinin isə hər iki valideynini itirdiyini söyləyən direktor onlara hər növ qayğının göstərildiyini bildirdi. Lakin təəssüflə vətəndaş nigahının qurbanı olaraq dünyaya gəlib və hər iki valideyni olduğu halda atılan uşaqların acı aqibəti də idarə heyəti üçün acı həqiqətlərdən sayılırdı. Narkomaniyanın qurbanı olaraq boşanan ailələrdən də atılan uşaqların yer aldığı uşaqlar evi, həqiqətən də yanğılı bir dünyanın acı fəryadını özündə əks etdirirdi. Ruhanilər uşaqlarla qayğı və sevgi ilə yanaşı, onlarla bir valideyn məhəbbəti ilə oyunlar oynaması körpə dünyanın nurlu çöhrəsinin təzahürü idi. Həmişə görünən ciddi simalar burada bir az pəjmürdə, bir az gülər və təbəssümlü, bir az da kədərli olaraq fərli bir abu-hava yaratmışdılar. Bir sevgi, bir məhəbbət, bir qayğı həsrətli körpə çöhrəsində sevginin müşayiəti ruhaniləri gah güldürdü, gah da intihasız göz yaşlarına qərq etdi. PS: Bu uşaqları, bu mələkləri seyr etdikcə qəlb ağrımaya bilmir. Bəzi ailələr uşaq həsrəti ilə külə dönmüş ocağın soyuq hənirtisi kimi qovrulunca, bəziləri isə heç bir şey olmamış kimi uşaqlarını bu qapıya ataraq bir daha geri dönmədən gedirlər. Görəsən günahkar kimdir? Sabahın sevgisindən məhrum böyüməsinə rəvac verən daş qəlb kimə məxsusdur? Mənbə:Azadxeber.net(Əbulfəz Bunyadov)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2015 19:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |