|
İranın Azərbaycandakı səfiri Ayətullah Nuri Həmədanin Azərbaycana səfərinin sonunda açıqlama verib Ayətullah Nuri Həmədanin Azərbaycana səfəri başa çatıb və o vətəninə geri dönüb
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli din alimi Ayətullahul-üzma Nuri Həmədanin Azərbaycana səfərinin sonunda açıqlama verib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın dövlət rəsmiləri və xalqına Ayətullahul-üzma Nuri Həmədanini layiqli şəkildə qarşıladıqları və ev sahibliyi etdiklərinə görə öz təşəkkürünü bildirib.
Səfir bildirib ki, “Ayətullah Nuri Həmədani Azərbaycan Respublikasına səfərini Allahın böyük lütfkarlığı adlandırmış, Azərbaycanın gözəl və səmimi xalqı və möhtərəm ruhaniləri ilə görüşündən razı qalmışdır”.
Möhsün Pakayin Qafqaz regionunda böyük din alimləri və müctehidlərin olduğunu qeyd edərək bildirib ki, “Azərbaycanın Lənkəran, Cəlilabad, Gəncə və Bakı kimi şəhərlərində böyük din alimləri və müctehidlər yaşamışdır. Lakin bu ölkə öz müstəqilliyini əldə etdikdən sonra Ayətullah Nuri Həmədani Azərbaycana təşrif gətirmiş ilk mərcəyi-təqlid alimi sayılır”.
Səfir sözünün davamında böyük mərcəyi-təqlid alimləri, xüsusilə də İmam Xomeyni (rə) və İran İslam İnqilabının böyük rəhbərinin həqiqi İslamı dünyaya çatdırmaqda olan roluna işarə edərək bildirib ki,“Azərbaycanın şiələri də hər zaman mərcəyi-təqlid alimləri və ruhanilərə etimad göstərmiş, müctehidlər və mərcəyi-təqlid alimlərinin onların yanında olmasının bir çox fayda və xeyir-bərəkətlərə səbəb olacağına inanırlar.
Hər iki ölkə bu fürsətin qədrini bilməli və dini sahədə fəaliyyət üçün mövcud olan münasib şəraitdən İslam birliyinin möhkəmlənməsi, İslamofobiya və təkfirçiliklə mübarizə sahəsində yetərincə istifadə etməlidir”.
Möhsün Pakayin şiə mərcəyi-təqlid alimlərinin tarix boyu xalq kütləsi üçün qayıdış yeri olaraq azğınlıqlar qarşısında dayandığına toxunaraq bildirib ki, “Qafqaz alimləri və müctehidləri uzun illər boyu anti-din Kommunizm rejimi qarşısında dayanaraq mübarizə aparmış və şəhid olmuşlar.
Bu regionun xalqı İslamın yenidən dirçəlişini mərcəyi-təqlid və din alimlərinin fəaliyyəti sayəsində görür və bu baxımdan Ayətullah Nuri Həmədaninin Azərbaycana səfərinə xüsusi əhəmiyyət verirlər”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2015 02:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |