إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Statistika da hicaba “hə” deyir…

Hər dəfə təhsil müəssisələrində hicablı şagird və tələbəlrlə bağlı süni problemlər meydana gətirən bəzi tiplər belə davranışlarına bir don geyindirməyə bayağı cəhdlər edərkən, bir neçə bəhanələr gətirirlər. Onların sırasında hicabın guya qızlara mükəmməl təhsil almağa maneə yaratması bəhanəsi də özünəməxsus, bəlkə də ilk yeri tutur. Amma hər dəfə də bu bəhanənin heç bir əsası olmadığı müxtəlif üsullarla isbat olunur. Növbəti belə sübut ali məktəblərə bu il keçirilən qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra dəlil kimi tarixin yaddaşına köçdü.

Məlum olduğu kimi, 2015/2016-cı tədris ili üçün qəbul imtahanlarında 4 qrup üzrə 13 nəfər maksimum nəticə əldə etdi – 700 bal topladı. Bu 13 nəfərdən  5-i qızdır. Və bu 5 nəfərdən biri hicablıdır. Bu kiçik statistik məlumatlardan bir sıra maraqlı məqamlar ortaya çıxır.

Əvvəla, göründüyü kimi, hicab təhsilə qətiyyən mane olmur. Hətta, bir qədər də irəli getsək deyə bilərik ki, mükəmməl nəticələr qazanmağa yardım edir. Bunu da anlamaq üçün yenə sadə hesablamalar aparmaq olar. 700 bal toplayan 5 qızdan biri hicablıdırsa, deməli bu ən maksimal nəticə əldən edənlərin 20 faizini təşkil edir. Bəs, yaxşı, bu il Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən qızların 20 faizi hicablı olubmu? Əlbəttə ki, bunu heç kim iddia edə bilməz. Çünki bu iddiaya “yox” demək üçün xüsusi araşdırma, tədqiqat və sorğuya ehtiyac yoxdur. Kor kor, gör gör. Vur-tut 2-3 faiz ola ya olmaya. Deməli, hicabın təhsilə maneə yaratması bəhanəsi növbəti dəfə iflasa uğradı.

Əlbəttə ki, biz tələbələrin, şagirdlərin, ümumiyyətlə xalqın hicablı və hicabsız, dindar və qeyri-dindar qruplara bölünməsinin əleyhinəyik. Amma nəzərə almaq lazımdır ki, bu bölgünü nə biz başlamışıq, nə də biz kiminsə geyiminə dil uzadıb saxta bəhanələr uydurmuşuq.

P.S. Yeri gəlmişkən, ötən il də hicablı xanım qəbul imtahanında 700 bal toplamışdı. Kaş ki, bəzi dardüşüncəlilər bir ibrət alaydılar…

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2015  15:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!