|
Şabranda dini icmaların iştirakı ilə tədbirlər keçirilib Sentyabrın 3-də Şabran rayonunun Dağbilici kənd dini icmasında “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Şabran rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə, Dağbilici kənd dini icmasının sədri Şöhrət Babayev, dindarlar və gənclər iştirak ediblər.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbiri giriş sözü ilə açan dini icmanın sədri Şöhrət Babayev layihə haqqında məlumat verib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev tədbirdə layihə çərçivəsində nəzərdə tutulmuş mövzu ətrafında geniş çıxış edərək bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarının firavan yaşaması üçün var qüvvəsi ilə çalışır. Geosiyasi arenada xüsusi çəkisi və nüfuzu olan Azərbaycan dövləti eyni zamanda ölkəmizi dünyaya tolerantlıq və multikulturalizmin beşiyi kimi tanıdır. Dini radikalizm və ekstremizmdən dünyanın bir çox dövlətləri əziyyət çəkdiyi halda Azərbaycan dövləti sabitlik və əmin-amanlıq ocağı kimi nümunə sərgiləyir.
Daha sonra Şabran rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə çıxış edərək DQİDK-nın həyata keçirdiyi maarifləndirmə tədbirlərinin təqdirə layiq hal olduğunu vurğulayıb.
Tədbirin sonunda DQİDK-nin razılığı ilə nəşr edilmiş “Azərbaycanda ənənəvi din” adlı kitab dini icmaya hədiyyə edilib.
*** Sentyabrın 3-də Şabran rayonunun Zeyvə kənd dini icmasında “Gənc nəslin tərbiyəsində milli – mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Şabran rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə, icma sədri Şaib Aslanov, dindarlar və xüsusən də gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan edən icma sədri Şaib Aslanov həyata keçirilən layihə ilə bağlı geniş məlumat verib.
Tədbirdə həmçinin, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramin Xudayev, Şabran rayonu İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə çıxış edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2015 10:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |