|
|
Ayətullah Şeyx Hüseyn Nuri Həmədani Gəncə "İmamzadə" dini-memarlıq kompleksində olub (FOTO)İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Gəncəyə səfəri çərçivəsində sentyabrın 3-də İmamzadə dini-memarlıq kompleksində olub Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, iranlı qonaq Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin müşayiəti ilə İmamzadə dini-memarlıq kompleksində dəfn olunmuş beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin məzarını ziyarət edib, ruhuna dualar oxuyub. Sonra Hüseyn Nuri Həmədani kompleksdə aparılan yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində İmamzadə dini-memarlıq kompleksi əsaslı şəkildə yenidən qurulur. Kompleksdə 4 hissədən ibarət məscid, mehmanxana, qurbangah inşa edilib. 36 kiçik, 5 böyük günbəzi olan məsciddə nəqqaşlıq və xəttatlıq işləri artıq başa çatıb. Şahzadə İbrahimin buradakı qəbri isə qapalı şəraitdə qorunaraq, ətrafında 28 metr hündürlüyündə günbəz və 38 metrlik minarəsi olan ziyarətgah inşa edilir. Bundan başqa, kompleksin ərazisində yeni mərasim və ehsan zalı da tikilir. Kompleksdə aparılan işlərə görə razılığını bildirən İranın görkəmli din xadimi Hüseyn Nuri Həmədani burada günorta namazı qılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 20:07 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |