|
|
Nizami Gəncəvinin qlobal etik dəyərlərinin dünyada təbliği“Nizaminin Qlobal Etik dəyərlərinin təbliğ olunmasi” sosial layihəsinə start verilib-Aksiya çərçivəsində siyasətçilərin əllərində “Danışıqlar yolu ilə sülhə nail olaq!”, “Mədəniyyətlərin müxtəlifiliyinə hörmət edək!” kimi sülhə, barışa, tolerantlığa çağıran şüarlarla çəkilmiş fotoşəkilləri sosial şəbəkələrdə paylaşılıb Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük Azərbaycan şairi Nizami Gəncəvinin qlobal etik dəyərlərinin dünyada təbliği məqsədilə və təşkilatın yaradılmasının üç illiyi münasibətilə yeni sosial layihəyə start verib. Layihədə dünyanın bir sıra tanınmış siyasətçiləri iştirak edir. Onların arasında Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Lativiyanın keçmiş Prezidenti Vayra-Vike Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru Dr İsmayıl Serageldin, Ərəb Liqasının sabiq Baş katibi Amr Musa, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Polşanın eks-prezidenti Aleksandr Kvasnevski, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, Xorvatiyaya rəhbərlik etmiş Stefan Mesiç və İvo Yosipoviç var. Qeyd edək ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın əldə edilməsində Nizami Gəncəvi ideyalarının daha geniş miqyasda dünyaya təbliğ olunması məqsədilə yaradılan eyni adlı Beynəlxalq Mərkəzin təsis olunmasının üçüncü ili tamam olacaq. Qısa müddət ərzində sıralarındakı sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin sayına görə dünyada ikinci böyük mərkəzinə çevrilən təşkilat Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda üç Qlobal Forum, 20-dən artıq ölkədə isə müxtəlif beynəlxalq toplantılar təşkil edib. Mərkəzin toplantılarında 100-dən çox indiki və sabiq Prezident və Baş Nazirlər, 600-ə yaxın isə beynəlxalq nüfuzlu siyasətçilər, nobel mükafatçıları, ictimai xadimlər, hökumət və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 18:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |