|
|
Cəbhədə atışma, ermənilər itki verdiErməni Tərəfi itki verib - Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, ötən gecə qoşunların təmas xəttində - cəbhənin Tavuş istiqamətində baş verən qarşıdurma zamanı Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçusu öldürülüb. Öldürən hərbi qulluqçu 1975-ci il təvəllüdlü Ayk Devoyandır. Bu barədə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan jurnalistlərə məlumat verib. İki gün əvvəl də Ermənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini, silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan və adı məlum olmayan başqa bir zabitin də öldüyünü bəyan etmişdi. Dünən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaydığı məlumatda yalnız avqust ayı ərzində erməni ordusunun 18 hərnçisinin ölüdüyünü və 50 nəfərədək hərbi qulluqçusunun isə yaralandığını bildirmişdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 18:31 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |