|
|
Ayətullah Nuri Həmədani Azərbaycana səfəri çərçivəsində Gəncədə olub-FotoAzərbaycanda səfərdə olan İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Şeyx Hüseyn Nuri Həmədani sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə Gəncəyə gəlib. Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,Gəncə ilə ilk tanışlığa dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsindən başlayan İranın din xadimi şairin məzarını ziyarət edib, ruhuna dualar oxuyub. Hüseyn Nuri Həmədaniyə məlumat verilib ki, şairin 870 illiyi ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində məqbərənin sahəsi genişləndirilərək burada yenidənqurma işləri aparılıb. Habelə Nizami muzeyi inşa edilərək, dünya şöhrətli şairin dövrünü əks etdirən guşələr yaradılıb. İranın din xadimi və onu müşayiət edən nümayəndə heyətinin üzvləri məqbərə önündə xatirə şəkli çəkdirdikdən sonra XVII əsr Şah Abbas cümə məscidinə gəliblər. Məscidlə yaxından tanış olan qonağa burada Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan təmir-bərpa işləri barədə ətraflı məlumat verilib. Hüseyn Nuri Həmədani məsciddə axşam namazı qılıb. Sentyabrın 3-də iranlı din xadimi İmamzadə dini-memarlıq kompleksinə gedəcək, yenidən qurulan kompleksdə görülən işlərlə tanış olacaq və burada beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin məzarını ziyarət edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 18:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |