|
Həcc ziyarəti üçün Azərbaycana ayrılan 40 yer boş qalıbAzərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan VİP variantlı yerlər ziyarətin başlamasına 8 gün qalmasına baxmayaraq, dolmayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Qafqaz Müsəlmanları İdarəsindən(QMİ)Apa-ya verilən məlumatda bildirilir ki, nisbətən ucuz yerlər artıq dolsa da, bahalı yerlərdən 40-ı boş qalıb. Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb. Sənəd qəbulu martın 11-də başlayıb. Ziyarət sentyabrın 11-də başlayacaq. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı əlavə iki ay uzadılıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 15:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |