|
Türkiyədə təsir altına düşən bəzi gənclər olub - Komitə sədriTürkiyədə təsir altına düşən bəzi gənclər olub. Müvafiq qurumlar bunu araşdırırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyədə bir neçə azərbaycanlı tələbənin PKK terror təşkilatına qoşulması barədə məlumata münasibət bildirərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı qeyd edib ki, Azərbaycan azad ölkədir və Azərbaycanda gənclərin xaici ölkələrdə təhsil almasında heç bir məhdudiyyət yoxdur: “Azərbaycanda yalnız dini təhsil ilə bağlı qanunda müəyyən düzəliş var. Bu da ondan ibarətdir ki, Azərbaycanda məsciddə, sinaqoqda, kilsədə yalnız Azərbaycanda təhsil almış şəxslər dini ayinləri icra edə bilərlər. Bu məhdudiyyət bütün ölkələrdə var və bu belə də olmalıdır. Amma təhsilin qalan sahələrində heç bir məhdudiyyət yoxdur”. Komitə sədri bildirib ki, Azərbaycan dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilənlər var, eyni zamanda, müstəqil şəkildə bu və ya digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr var: “Minlərlə Azərbaycan gənci müxtəlif ölkələrdə təhsil alır. Türkiyədə təhsil alan gənclərimiz, onların fəaliyyəti ilə bağlı Ankaradakı səfirliyimiz, İstanbuldakı konsulluq və digər şəhərlərdə olan qurumlarımız məşğul olurlar. Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində həmin tələbələr arasında müəyyən izahat işləri aparılır, müxtəlif səviyyələrdə dövlət nümayəndələrinin həmin ölkələrə səfərləri zamanı tələbələr ilə görüşlər keçirilir. Məsələn, mən Türkiyədə və İranda rəsmi səfərdə olduğum zaman dini təhsil alan tələbələrlə ayrıca görüşmüşdüm”. M.Qurbanlı vurğulayıb ki, müxtəlif nazirliklərin nümayəndələri də bu istiqamətdə işlər aparırlar. Komitə sədri qeyd edib ki, Təhsil Nazirliyi bu sahədə xüsusi bir proqram həyata keçirir: “Amma insanların bu və ya digər qrupların təsiri altına düşməsinin qarşısını tam almaq o qədər də asan məsələ deyil. Türkiyədə təsir altına düşən bəzi gənclər olub. Müvafiq qurumlar bunu araşdırırlar. Amma bunlar tək-tək hallardır. Belə halları biz ümumiləşdirə bilmərik. Azərbaycandan Türkiyədə minlərlə tələbə təhsil alır. Onların içərisində əgər 2-3 nəfər bu cür qrupların təsiri altına düçübsə, bunu ümumiləşdirmək olmaz. Hesab edirəm ki, bu istiqamətdə izahat işi çox aparılmalıdır. KİV-lərin də üzərinə bu məsələdə çox iş düşür. Ailələr xaricdə təsil alan uşaqları üzərində təsirlərini artırmalıdırlar. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri isə bu istiqamətdə fəaliyyəti daha da gücləndirməldir” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015 15:04 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |