|
|
Ermənistan ordusu itki verdiErmənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini bəyan edib - Erməni mətbuatı hərbçilərin öldüyünü təsdiq edib Ahlibeyt.az-in Anspress-ə istinadən məlumatına görə, erməni mətbuatı erməni hərbçiləri ilə azərbaycanlı hərbçilər arasında vəziyyətin gərginləşdiyini yazıb. Bildirilib ki, atəşkəsin pozulması zamanı qondarma Dağlıq Qarabağ Respublikasının ordusu itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb. "Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil", - deyə erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb. Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: "Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin Yezid Həsən ləqəbli komandirini öldürüb." Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb. Erməni mətbuatının ingilis dilində yaydığı məlumatı:
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015 09:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |