إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Nuri Həmədani Bakıdakı "Təzəpir" məscidində görüş keçirib (Foto-Video)

İslam dünyasının tanınmış müctəhidi Azərbaycana səfəri davam edir - Bu gün paytaxt Bakıdakı Təzə Pir məscidində günorta namazlarını qılan Ayətullah Nuri Həmədani, daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat zalında keçirilən konfransda iştirak edir.

Ahlibeyt.az-ın Azadxeber.az-a istinadən məlumatına görə,mətbuat konfransında İranın ölkəmizdəki səfiri Möhsin Pakayin, QMİ sədri Allahşükür Paşazadə, ayətullah Xameneinin Azərbaycandakı rəsmi nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, ilahiyyatçılar və KİV nümayəndələri iştirak edir.

Tədbir Quran tilavəti ilə başlayıb. Daha sonra QMİ sədri Allahşükür Paşazadə tədbiri açıq elan edib. O çıxışında bildirib ki, ayətullah Həmədani Azərbaycan üçün böyük nemətdir. Onun gəlişi ilə yolların açıldığını və digər müctəhidlərin də gələcəyinə töhfə verəcəyinə toxunan QMİ sədri səfər üçün ayətullah Həmədaniyə təşəkkür edib.

QMİ sədrindən sonra ayətullah Xameneinin Azərbaycandakı rəsmi nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad çıxış edib. Seyid Əli Əkbər Ocaq Nejad 92 yaşlı alimin ölkəmizə gəlməsinin böyük şərəf olduğunu vurğulayıb. O, Azərbaycan torpağında kifayət qədər alimin yetişdiyini qeyd edib. Hər kəsi ayətullah Nuri Həmədaninin elmindən faydalanmağa dəvət edib.  Seyid Əli Əkbər Ocaq Nejad bütün müctəhidlərinin kitablarının tərcümə olunmasına çalışacaqlarını bildirib.

Bundan sonra söz Ali ruhani qonağa verilib.

Konfransda iki qrupun iştirak etdiyini deyən ayətullah Həmədani, birinci qrupun dindarlar, ikinci qrupun isə müsəlman alimlərinin olduğunu diqqətə çatdırıb.

O, ən əsası hər kəsi elm öyrənməyə, ciddi mütaliələrə səsləyib. Bir insan ali və yaxud da ruhani səviyyəsinə çatmaq istəyirsə ancaq və ancaq oxumalı, öz üzərində təhlil aparmalıdır deyə ayətullah Nuri Həmədani qeyd edib.

Ayətullah Nuri Həmədani vəhdət mövzusundan da söz açıb. O bildirib ki, tələbələr üzərində ciddi çalışılmalı və ümumi nizam-intizama diqqət edilməlidir. Ali ruhani qonaq bunu həzrəti Əlinin (ə) də buyurduğunu diqqətə çatdırıb.

AzadXeber.az-ın əməkdaşının lentə aldığı görüntüləri təqdim edirik:

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  15:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!