|
|
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilirDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə dini maarifləndirmə tədbirləri davam etdirilir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Dini Komitənin məlumatında bildirilir ki,tədbirlərdən biri Zaqatala rayonu Göyəm kənd məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində keçirilib. Tədbirdə DQİDK-nin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Göyəm kənd ərazi dairəsinin nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayon Göyəm kənd məscidi dini icmasının sədri və imamı Niyazi Qarakişiyev, Milli QHT Forumunun regional kordinatoru Asif Bayramov və digər şəxslər iştirak ediblər. İcma sədri Niyazi Qarakişiyev dini icmanın həyata keçirdiyi bu layihənin dövlətimizin başçısı cənab İlham Əliyevin dini sahəyə qayğısının təzahürü olmasını qeyd edib, belə layihələrin bölgə üçün vacibliyini dilə gətirib. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə ənənəvi dəyərlərin və adət-ənənələrin İslamın ayrılmaz tərkib hissəsi olmasından, bu dəyərləri və adət-ənənələri qoruyub saxlamanın İslam dininin yad təsirilərdən mühafizə olunub qorunmasında böyük əhəmiyyət kəsb etməsindən bəhs edib. Zaqatala rayon Sumaylı kənd məscidi dini icması tərəfindən “Gənclərimizin zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Göyəm kənd bələdiyyəsinin nümayəndəsi Əsədulla Qədirov, Zaqatala rayon Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov, Milli QHT Forumunun regional kordinatoru Asif Bayramov və digər şəxslər iştirak ediblər. İcma sədri F. Məmmədov layihə çərçivəsində keçirilən ikinci tədbiri barədə məlumat verib, bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Zaqtala bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015 10:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |