إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə - "İnşəllah sizdən sonra da Ayətullahul-üzmaların qədəmləri Azərbaycana dəyəcəkdir"-Video

İslam dünyasının tanınmış müctehidi Ayətullah Nuri Həmədani Azərbaycanda səfərdədir

Ahlibeyt.az-ın məlumatına görə, Ayətullah Nuri Həmədani paytaxt Bakıya səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsin Pakayin və Ayətullah Seyid Əli Xameneinin rəsmi nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad ilə görüşüb.

Görüşdə çıxış edən Ayətullah Həmədani vəhdətin zəruriliyinə toxunaraq qeyd edibki,Bu gün hər şeydən əvvəl müsəlmanların vəhdətə ehtiyacı var. Vəhdətimizin çox olması bu günki cərəyanların müqabilində böyük təsirə malikdir. Ümidvarıq ki, bizim gəlişimiz vəhdət əlaqələrini daha da gücləndirəcək. Allah tofiqat verdi ki, Azərbaycan xalqını gördük. Ümid edirəm ki, vəhdətimizlə düşmənlərin qarşısında dayana biləcəyik”.

Daha sonra çıxış edən QMİ sədri Allahşükür Paşazadə Ayətullah Həmədaninin ölkəmizə səfərindən məmnun olduğunu, belə bir səfərin Azərbaycanın müstəqillik tarixində bir ilk olduğunu vurğulayıb və Ayətullahın Azərbaycana gəlişinin Azərbaycan üçün bir bərəkət olduğunu əlavə edib.

QMİ sədri qeyd edib:"Bu həm iki dövlət arasında olan əlaqələrdir, həm bizi sizlə bağlayan mənəvi əlaqələrimizdir, həm məzhəbi əlaqələrimizdir, həm də ki, bir xeyir-bərəkətdir, xeyir duadır bizim Azərbaycan xalqı üçün. Bir Ayətullahul-üzmanın bu dövlətə gəlməsi birinci dəfədir və bizim üçün çox qiymətlidir. Sizin gəlişiniz ola bilsin ki, tarixdir. İllər keçəcək, bəlkə də heç mən özüm olmayacam, amma tarix yazacaq ki, Ayətullah Nuri Həmədani Azərbaycana gəldi. Siz açılış elədiz. İnşəllah sizdən sonra da Ayətullahul-üzmaların qədəmləri Azərbaycana dəyəcəkdir."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  08:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!