|
Hacı Şahin Həsənli və Hacı Zülfüqarın Ayətullah Həmədaninin Azərbaycana səfərinə münasibətiXəbər verdiyimiz kimi, İslam aləminin böyük, nüfuzlu din xadimi, mərceyi-təqlid müctəhidi olan Ayətullah Nuri Həmədani Azərbaycanda səfərdədir Ahlibeyt.az-ın məlumatına görə,bununla bağlı İslamazeri.az ölkənin tanınmış din xadimləri Hacı Şahin Həsənli və Hacı Zülfüqar Mikayılzadədən münasibət öyrənib. İlahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin imam cüməsi Hacı Şahin Həsənli bildirib ki, Azərbaycan müstəqillik tarixində Azərbaycana səfər edən ilk mərceyi-təqlidin gəlişi tarixi bir hadisə olaraq dəyərləndirmək olar. İndiyə qədər Azərbaycana mərceyi-təqlid səfər etməyib. İlahiyyatçı qeyd edib ki, Mərceyi-təqlidlik özü yüksək bir elmi rütbədir,yüz minlərlə bəzən milyonlarla insan öz dini hökmlərinə mərcei-təqlidlərin fətvaları əsasında əməl edir. Ümumiyyətlə dinimiz alimlərə böyük dəyər verir. Məlum olduğu kimi, Peyğəmbərimiz (s) alimləri peyğəmbərlərin varisləri adlandırır. Alimlər belə bir yüksək rütbəyə sahib insanlardı. Xüsusilə ədalətli, təqvalı, sözü ilə əməli bir olan alimlər Allah yanında xüsusi dəyərə malikdir. Belə bir nüfuzlu şəxsin Azərbaycana səfər etməsi təbii ki xüsusi bir hadisədir. Həm də Azərbayacana verilən dəyərin və önəmin ifadəsidir. H.Ş.Həsənli əlavə edib ki, Azərbaycan tarixən Əhli-beytsevər xalq olub, Azərbaycanda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar Əhli-beytə xüsusi bağlılığı ilə seçiliblər. Təbii ki, belə bir nüfuzlu din xadiminin Azərbayacana səfəri, həm də Azərbaycan xalqına, dövlətinə verilən bir dəyərin ifadəsidir. Bu səfərin İran və Azərbaycan arasında dostluğun inkişafına səbəb olacağını qeyd edən ilahiyyatçı bildirib ki,Mərceyi-təqlidlər dövlət xadimi hesab olunmur, amma dövlət xadimlərinin yanında da xüsusi çəkiyə malikdirlər və onlar xalq arasında da xüsusi nüfuza malikdirlər. Ona görə də bu tip səfərlər ümumiyyətlə iki dövlət arasında münasibətlərin inkişafına xidmət göstərir. İran ilə Azərbaycan tarixən qonşu, yaxın dövlətlər olublar. Azərbaycanla İranı müştərək bir tarix birləşdirir. Və bu tip səfərlər də təbii ki, iki dövlətin münasibətlərinin daha da sıxlaşmasına, möhkəmlənməsinə təsir göstərir. Ona görə də bu həm də bu baxımdan da önəmli bir səfərdir. Xalqların birliyi, din alimlərinin xalqlara verdiyi dəyər istər-istəməz dövlətlərin də yaxınlaşmasına,münasibətlərin sıxlaşmasına xidmət göstərir. Ayətullah Nuri Həmədaninin səfəri bu baxımdan xüsusi əhəmiyyətə malik olan bir səfərdir",- deyib. Digər ruhani Hacı Zülfüqar Mikayılzadə bu səfərlə bağlı bildirib: “İlk öncə böyük mərceyi-təqlid müctəhidi olan Ayətullah Nuri Həmədaninin Azərbaycana gəlməsinə "xoş gəldin" deyirik. Bütün müsəlmanları, möminləri də bu münasibətlə təbrik edirik.Mərceyi-təqlidin ölkəyə gəlməsi böyük bir əlamətdar hadisədir və mərcəiyyətin Azərbaycana olan diqqətini nümayiş etdirməkdir. Bu səfərdən bu nəticə çıxır ki, mərceiyyətin, xüsusilə böyük mərcelərdən olan Ayətullah Nuri Həmədaninin Azərbaycana xüsusi diqqəti var. İkincisi, Azərbaycan xalqının, dindarlarının dini dəyərlərə, İslama olan diqqətinin göstəricisi, Əhli-beyt tərəfdarı olmasının göstəricisidir ki, mərcəiyyət ölkəmizə gəlir. Biz çox şadıq ki, böyük və görkəmli mərceyi-təqlidimiz olan Ayətullah Nuri Həmədani dindarlarımızın istəyini nəzərə alaraq bu səfəri həyata keçirir. H.Z.Mikayılzadə qeyd edib ki, iki qonşu və qardaş ölkə olan İran - Azərbaycan arasında dostluq əlaqələri yaxşılaşır və bu düşmənlərin ixtilaf yaratma istəklərini iflasa uğramışdır. Belə bir səfərin reallaşması, düşmənlərin illərdir apardığı məkirli təbliğatlarının uğursuzluğunun göstəricisidir və bu da bizi - dindarları sevindirir.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015 07:11 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |