|
|
Əhməd Davudoğlu - Azərbaycan üçün narahatlıq yarada biləcək heç bir şeyə imkan verilməzHər şey nəzarətimiz altındadır. Azərbaycan əmin olsun ki, Türkiyənin olduğu yerdə Azərbaycan üçün narahatlıq yarada biləcək heç bir şeyə imkan verilməz Ahlibeyt.az-ən məlumatına görə,bunu APA-nın sualını cavablandırarkən Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə Prezident Sarayında verdiyi ziyafətdə APA-nın “İğdırdan Azərbaycan sərhədinə doğru gedən yolda terror təşkilatı yol kəsib avtomobillərə od vurur. Apa müxbirinin Baş nazir Əhməd Davudoğluna ünvanladığı -"O bölgə daha sıx nəzarət altına alınıbmı?” sualına baş nazir belə cavab verib: “Azərbaycana salamlar. 30 avqust Azərbaycanın da bayramıdır. Heç bir yerdə Azərbaycan üçün narahatlıq doğuracaq heç bir şey yoxdur. Hər şey nəzarətimiz altındadır. Azərbaycan əmin olsun ki, Türkiyənin olduğu yerdə Azərbaycan üçün narahatlıq yarada biləcək heç bir şeyə imkan verilməz. Millətimiz bundan əmin və rahat olsun. Azərbaycan bizim canımızdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2015 12:12 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |