|
Qubanın "Ərdəbil"məscidində “Sülh aylığı” çərçivəsində tədbir keçirilibAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə avqustun 28-də Quba şəhəri “Ərdəbil” məscidində dindarların iştirakı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycanda sülh və dözümlülük mədəniyyəti və milli – mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Dini Komitənin mətbuat xidmətinin məlumatında bildirilir ki,tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba Regional İdarəsinin direktoru Bəhruz Əfəndiyev, Quba, Qusar və Xaçmaz rayonları üzrə bölgə qazısı, “Ərdəbil” məscidinin axundu Hacı Naib Səttarov iştirak ediblər. Hacı Naib Səttarov tədbiri açaraq bildirib ki, həyata keçirilən bu tədbirlərin hər biri dindarlar arasında maafrifləndirmə işinin aparılmasına xidmət etməklə yanaşı dindarların öz hüqülarını və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olur. Daha sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzu ilə əlaqədar geniş məruzə edərək qeyd edib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən sülh və dözümlülük və milli – mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgəyə daxil olan rayonlarda maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir. Daha sonra B. Əfəndiyev çıxışı zamanı İnsan Hüquqları üzrə Müvəkkilin həyata keçirdiyi tədbirlərdən və gördüyü işlərdən bəhs edib. Tədbirin yekununda E. Nurullayev Quba şəhəri “Ərdəbil” məscidinin axundu Hacı Naib Səttarova Azərbaycanda tolerant mühiti özündə əks etdirən “Azerbaijan – Land of Tolerance” nəfis tərtibatlı, ingilis və ərəb dillərində nəşr edilmiş kitabı təqdim etməklə məscidə hədiyyə edib
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2015 16:47 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |