|
|
Ayətullahul-Üzma Nuri Həmadani Azərbaycana səfər edəcəkTanınmış din xadimi,mərcəi-təqlid müctəhidlərindən biri, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. QMİ-nin dəvəti ilə reallaşdırılan səfər 31 avqust - 4 sentyabr tarixlərində gerçəkləşəcək.
Səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.
Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər çərçivəsində Şəhidlər Xiyabanını, "Heydər" və "Bibi-Heybət" məscidini ziyarət edəcək, sonra TəzəPir məscidində namaz qılınacaq.
Səfərin çərçivəsində Şamaxı Cümə məscidi,Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.
Ayətullah Nuri Həmədaninin dəftərxanası, müctəhidin Azərbaycana səfərini təsdiqləyib.
Qeyd edək ki, 1926-cı ilə İranın Həmədan şəhərində anadan olmuş Ayətullah Nuri Həmədəni milliyətcə azərbaycanlıdır və hazırda dünyada, ən tanınmış müctəhidlərdən biridir.İran islam inqilabının qələbə çalmasında əvəzsiz rola malik olmuş Nuri Həmədani İran şahı Məhəmməd Rzanın kənarlaşdırılmasını tələb edən bəyanata imza atan ikinci şəxsdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2015 09:30 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |